Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"AzFinance İnvestisiya Şirkəti"nin Müşahidə Şurasına sədr təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AzFinance İnvestisiya Şirkəti"nin Müşahidə Şurasına sədr təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AzFinance İnvestisiya Şirkəti" QSC Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov Şirkətin Müşahidə Şurasının Sədri təyin edilib.

 

İndiyədək Abid Mamedov “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsində çalışırdı.

 

Şirkətin yaydığı məlumatda bildirilir ki, "AzFinance İnvestisiya Şirkəti" 2014-cü ildə Abid Mamedovun rəhbərliyi altında qurulmuş və 5 il ərzində sektorun qabaqcıl şirkətlərindən biri vəziyyətinə gətirilmişdir. "AzFinance İnvestisiya Şirkəti" 110 milyon manatdan çox aktivləri ilə bazara liderlik edir.

 

Abid Mamedov "AzFinance"  şirkətindən öncə 8 il maliyyə sektorunda çalışmışdır. Bu müddətin 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan "Bloomberg" şirkətinin MDB ölkələri üzrə Müştəri Xidmətləri üzrə Direktor vəzifəsində çalışmışdır.

 

Abid Mamedov orta məktəb təhsilini Avropada almış və 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Briston Universitetinin İqtisadiyyat fakultəsində Magistr dərəcəsini əldə etmişdir.

 

Yüksək liderlik və menecerlik keyfiyyətləri ilə xüsusi seçilir. Evlidir. İki övladı var.

21.11.2019 08:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ