"AzFinance İnvestisiya Şirkəti"ndə yeni direktor

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AzFinance İnvestisiya Şirkəti"ndə yeni direktor

"AzFinance İnvestisiya Şirkəti" Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən İntiqam Səfərəliyev Şirkətin Direktoru vəzifəsinə təyin edilib. 

 

Bu barədə "AzFinance" məlumat yayıb.

 

İndiyədək “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsində Abid Mamedov çalışırdı. O, Müşahidə Şurasının Sədri təyin edilib.

 

Məlumatda bildirilir ki, İntiqam Səfərəliyev 2007-ci ildən "Çelsi Kapital" şirkətinin Direktoru vəzifəsində çalışıb. "AzFinance İnvestisiya Şirkəti"ndə çalışdığı 3 il ərzində Maliyyə sektorunda şirkətin qabaqcıl yerə gəlməsini və öz müvqeyini qoruyub saxlamasını təmin etmişdir.

 

O, 2014-cü ildən "AzFinance İnvestisiya Şirkəti"nə Direktor müavini təyin edilib. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının Üzvü vəzifəsində də işləyib.

 

Qeyd edək ki, İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.

 

Evlidir. 3 övladı var.

21.11.2019 08:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ