"AzFinance İnvestisiya Şirkəti"ndə yeni direktor
"AzFinance İnvestisiya Şirkəti" Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən İntiqam Səfərəliyev Şirkətin Direktoru vəzifəsinə təyin edilib.
Bu barədə "AzFinance" məlumat yayıb.
İndiyədək “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsində Abid Mamedov çalışırdı. O, Müşahidə Şurasının Sədri təyin edilib.
Məlumatda bildirilir ki, İntiqam Səfərəliyev 2007-ci ildən "Çelsi Kapital" şirkətinin Direktoru vəzifəsində çalışıb. "AzFinance İnvestisiya Şirkəti"ndə çalışdığı 3 il ərzində Maliyyə sektorunda şirkətin qabaqcıl yerə gəlməsini və öz müvqeyini qoruyub saxlamasını təmin etmişdir.
O, 2014-cü ildən "AzFinance İnvestisiya Şirkəti"nə Direktor müavini təyin edilib. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının Üzvü vəzifəsində də işləyib.
Qeyd edək ki, İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.
Evlidir. 3 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 9 saat əvvəl
-
11 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 14 saat əvvəl