Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Audi RS Q8 - Yeni ilin əvvəlindən sifarişlər qəbul olunur!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Audi RS Q8 - Yeni ilin əvvəlindən sifarişlər qəbul olunur!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Nəhayət uzun müddətdir gözlənilən Audi RS Q8 modeli Los Ancelesdə dünyaya təqdim olunub.

 

Bu avtomobil artıq Nürburqrinq yarış trekinin ən sürətli SUV adına layiq görülüb. Avtomobilin sükanı arxasında yarış pilotu Frenk Stippler əyləşib. O, Şimal ilgəyində 20,6 km məsafəni qət etməyə 7 dəq 42 saniyə vaxt sərf edib.

 

RS Q8 600 at gücü və 800 Nm hasil edən V8 4.0 biturbo mühərrik ilə təchiz olunub. Texniki göstəricilər RS6 Avant və RS7 Sportback ilə eynidir. 0-100 km/s sürətlənmə üçün RS Q8 cəmi 3.8 saniyə sərf edir. Maksimal sürət göstəricisi 250 km/s təşkil edir. Sifariş ilə bu göstəricini 305 km/s-dək artırmaq olar.  Üstəlik RS Q8 modelininin mühərriyi 48 volt starter-qenerator ilə təchiz olunub. Sürücü hərəkət zamanı comfort, dynamic, allroad, offroad və ekstremal RS1 və RS2 rejimlərini seçə bilər.

 

RSQ8 -in zahiri görünüşü digər SUV-lardan fərqlənir: ön hissədə yerləşən radiator barmaqlığı, iri diffuzor, seçilən bamperlər, 23 düymlük təkər diskləri. İnteryerin gözəçarpan sport oturacaqları, virtual cihazların RS-qrafikası, fərqli sükanı bu avtomobilin sport xüsusiyyətlərini vurğulayır. Əyləncə,telefon, naviqasiya və s. kimi opsiyalar 10.1 və 8.6-düymlük monitorlarda idarə olunur.

 

"Audi AG" şirkətinin Azərbaycandakı rəsmi idxalçısı "Dream Auto" şirkəti (Audi Bakı Mərkəzi) bildirir ki, Azərbaycan üçün bu modelin sifarişi 2020-ci ilin fevral ayından mümkün olacaq.

21.11.2019 09:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ