Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Çin və ABŞ 1-ci mərhələ razılaşmanı imzalayacaq, digər mərhələlər isə uzaqdadır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin və ABŞ 1-ci mərhələ razılaşmanı imzalayacaq, digər mərhələlər isə uzaqdadır"

Qlobal investisiya şirkəti "Morgan Stanley", Çinlə ABŞ-ın ticarətdə birinci mərhələ razılaşmanı imzalayacağını, digər mərhələlərin isə uzaq olduğunu bildirib. 

 

"Morgan Stanley"in strateqi Andrew Sheets CNBC-yə verdiyi açıqlamada, əsas ssenarilərinə görə, birinci faza razılaşmanın imzalanacağını, ancaq ikinci və üçüncü faza razılaşmaların imzalanmasının uzaq olduğunu bildirib. 

 

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında bir ildən çox müddətdir davam edən ticarət müharibəsi maliyyə bazarlarına və qlobal iqtisadiyyata mənfi təsir edir.

 

"Reuters"in Ağ Evə yaxın mənbələrə və ticarət mütəxəssislərinə istinadən yaydığı bir xəbərində birinci faza razılaşmanın gələn ilə qaya biləcəyi qeyd edilib. 

 

Sheets bazarların keçən ay razılaşma ümidiylə yüksəldiyini, əgər razılaşma olmazsa bazarların böyük məyus olacağını bildirib. Bazarlar son həftələrdə bir razılaşma olacağına dair nikbinliklə rekord səviyyələrə qalxmışdı.

 

HƏMÇİNİN OXU: "ABŞ - Çin birinci mərhələ ticarət razılaşması bu il imzalanmaya bilər"

21.11.2019 10:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ