Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sahibkarlar Festivala necə qoşula bilərlər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlar Festivala necə qoşula bilərlər?

Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalı zamanı ƏDV qaytarılması prosesinə qoşulmaq şərtləri haqqında sahibkarlara xəbərdarlıq edib

 

Bakı Şopinq Festivalının (BSF) təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda ƏDV qaytarılması prosesi barədə məlumat yayıb.

 

Bürodan "Marja"ya verilən məlumata görə, sahibkarlar yalnız Festivalın rəsmi saytında qeydiyyatdan keçdikləri halda bu üstünlükdən faydalana bilərlər. Buna görə də, mağazalar Azərbaycan vətəndaşlarına alış-verişdən sonra əlavə dəyər vergisini (ƏDV) geri qaytara bilmək üçün hansı qaydalara əməl etməli olduqlarını dəqiq bilməli və əməl etməlidirlər.

 

Festival çərçivəsində alış-veriş zamanı tətbiq olunan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılması sisteminə qoşulmaq üçün əvvəlcə BSF-nin rəsmi saytında və Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu iki qurumdan birində qeydiyyat aparılmadığı halda, həmin mağaza və ya digər sahibkarlar bu prosesə qoşula bilməyəcəklər.

 

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri (stikerin loqosuna əlavədə baxmaq olar) yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

 

Yerli əhaliyə ƏDV-nin qaytarılması sisteminə qoşulmaq üçün yerli sahibkarlar müraciət ərizəsini yazılı və ya festivalın rəsmi internet saytında olan elektron ərizə formasını (https://bsf.secure.force.com/Merchant_Form?lang=az ) doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyat ödənişlidir. Daha ətraflı məlumat üçün aşağıdakı link vasitəsilə əlaqə saxlamaq olar: http://bakushopfest.com/merchant-terms/.

 

Azərbaycan Konqreslər Bürosu bir daha sahibkarların diqqətinə çatdırır ki, Festivalın rəsmi veb səhifəsində vaxtında qeydiyyatdan keçsinlər. Əks halda, həmin şirkət və mağazalar festival zamanı heç bir güzəşt və üstünlüyə malik olmayacaqlar.

 

Ənənəvi olaraq, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

31.03.2017 19:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ