Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sumqayıtda kinoteatr yeni binada- AÇILIŞI OLDU

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda kinoteatr yeni binada- AÇILIŞI OLDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

 

Dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

“Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə məlumat verib ki, “Nizami” kinoteatrı üçün yeni binanın inşasına bu ilin mayında başlanılıb. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var.

 


Həmçinin Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib.

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

 

Dövlət başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

21.11.2019 11:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ