Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Milli Məclis yeni Ombudsman seçəcək - NAMİZƏDLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Məclis yeni Ombudsman seçəcək - NAMİZƏDLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlər irəli sürülüb.

 

Sabah - noyabrın 22-də parlamentin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

 

İclasda Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

 

Milli Məclisdən verilən məlumata görə, namizədlər Prezident İlham Əliyev tərəfindən  irəli sürülüb.

 

Bunlar 3 nəfərdir: Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.  

 

Məsələ İnsan hüquqları komitəsində müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına çıxarılacaq.  

 

Xatırladaq ki, hazırki Ombudsman Elmira Süleymanovadır. Onun 82 yaşı var.


 

Namizədlər barədə məlumat 

 

Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli  Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Məlumata görə, Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.


Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı isə 1979-cu il təvəllüddür. O, Apellyasiya Məhkəmənin sədrinin müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva, daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O, daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apellyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.

 

3-cü xanım namizəd Kəmalə Əlieyva isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

21.11.2019 14:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ