10 ayda Naftalana 10 mindən çox xarici turist gəlib
Bui Naftalan şəhərinə həm müalicə, həm də istirahət üçün gələn turistlərin sayı açıqlanıb.
Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan “Marja”ya verilən məlumata görə, 2019-cu ilin 10 ayı ərzində Naftalana gələn turistlərin sayı 35 min nəfər təşkil etmişdir ki, onlardan 10 min 453 nəfəri xarici ölkələrdən gələnlərdir.
2018-ci ildə şəhərin turizm obyektlərində 37 min 623 nəfər turist istirahət etmişdi ki, onun da 11700 nəfəri dünyanın 57 ölkəsindən gələn turistlər olmuşdu.
Şəhərdə turist axınının müsbət dinamikası burada yeni turizm obyektlərinin tikilməsi zərurətini yaradır. Hazırda şəhərdə müasir standartlara cavab verəcək yeni turizm obyektləri inşa olunur və iki obyektdə isə işlər yekunlaşmışdır.
Hazırda şəhərdə 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfərədək vətəndaş çalışır. Sözügedən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində ümumilikdə 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otelçilik və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi əhalinin 15 faizini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Baku Steel Company” QSC SAP S/4HANA sisteminin tətbiqi ilə bağlı tender mərhələsinə başlayır
-
8 saat əvvəl
Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
-
10 saat əvvəl
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
-
10 saat əvvəl
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısında dəyişiklik edilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkəti birləşdirilir