Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Almaniyanın bank sektoruna "mənfi" qiymət verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyanın bank sektoruna "mənfi" qiymət verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi təşkilatı "Moody's", Almaniyanın bankçılıq sisteminin reytinq proqnozunu, aşağı faiz mühitinin bankların mənfəətlərini və ümumi etibarlarını zəiflədəcəyi gözləntisi ilə "sabit"dən "mənfi"yə endirdiyini açıqlayıb. 

 

"Marja" xəbər verir ki, gələcək dövrdə bankların zəif mənfəətlərinin faiz gəlirlərinin düşməsilə daha da geriləyəcəyi və aşağı faiz mühitində xərcləri qarşılamaq üçün bankların çətin vəziyyətdə qalacağı qeyd edilib.

 

Almaniyada iqtisadi artımın yavaşlayan qlobal ticarətin təsiri ilə 2019-da 0,6% və 2020-də 1% səviyyəsində reallaşmasının gözlənildiyi qeyd edilib. 

 

Açıqlamada, zəif qalan qlobal ticarətin, Almaniyanın ana sənayeləri olan avtomobil, kimya və emalat üçün mənfi vəziyyətə səbəb olduğu vurğulanıb.

 

Qeyd edək ki, Avropa Mərkəzi Bankının mənfi və aşağı faizlərinə görə Avropa banklarının gəlirləri pisləşib. Uzun müddətdir həddindən artıq aşağı faiz nisbətləri əmanət sahiblərinin gəlirlərini də kəskin azaldıb.

22.11.2019 06:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ