Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ Konqresindən keçən "Hong Kong" qanunu Trampın masasında

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Konqresindən keçən "Hong Kong" qanunu Trampın masasında

ABŞ Senatı və Nümayəndələr Palatası tərəfindən təsdiqlənən Honq Konqdakı etirazlara dəstək verən qanun layihəsi ABŞ Prezidenti Donald Trampa göndərilib. 

 

"Marja" xəbər verir ki, Konqresin hər iki palatasından keçən "Honq Konq İnsan Haqqları və Demokratiya Qanunu" adlı qanun layuihəsi, Respublikaçılar və Demokratiya Partiyasından dəstək alıb.

 

ABŞ mətbuatında yer alan xəbərlərdə, Prezident Tramp tərəfindən böyük ehtimalla imzalanacaq qanun layihəsi, Honq Konqdakı nümayişlərdə tətbiq olunan şiddət və insan haqqları pozuntularına görə məsuliyyət daşıyan Çin rəsmilərinə sanksiya tətbiq olunmasını nəzərdə tutur.

 

ABŞ, Honq Konqun muxtar statusunun dəyişdirilməsini, Honq Konq və ABŞ arasında xüsusi ticarət əlaqəsi qurulmasını istəyir. 

 

ÇİNDƏN REAKSİYA

 

Qanuna reaksiya verən Çin rəhbərliyi, Trampdan əlaqədar qanunu veto etməsini istəyiblər.

 

Çin Xarici işlər nazirliyinin Spikeri Geng Shuang, "ABŞ-ı çox gec olmadan bu qanunun qüvvəyə minməsini önləyərək, səhvlərini dayandırmağa və Çinin daxili işlərə qarışmamağa çağırırıq. ABŞ səhv hücumlar etməyə davam etsə Çin qətiliklə güclü tədbirlər görəcəkdir" ifadəsini istifadə edib. 

 

Xatırladaq ki, Honq Konq rəhbərliyi, şübhəlilərin Çinə qaytarmasını asanlaşdıran qanun layihəsini 3 Apreldə parlamentə təqdim etmişdi.

 

Müxalifət, qanunun, Honq Konqun səlahiyyətlərini azaldacağı və Çinin təsirini artıracağını düşünərək iyunun əvvəlində şəhərdə böyük kütləvi etirazlar başlatmışdır.

 

Etirazların gün keçdikcə şiddətini artırmasından sonra Honq Konq Baş İdarəçisi Carrie Lam, iyulda qanunun "öldüyünü" açıqlamış, 4 Sentyabrda qanunun geri götürəcəklərini açıqlamışdı. Qanunun, 23 Oktyabrda rəsmi olaraq geri götürülməsinə baxmayaraq etirazçılar, "demokratik islahat" tələbləri ilə etirazları davam etdirmək qərarı verib. 

22.11.2019 06:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ