Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bank Respublika”nın sahibi milyader Fərhad Əhmədovu partnyor qismində görmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika”nın sahibi milyader Fərhad Əhmədovu partnyor qismində görmək istəyir

Bank dairələrində gəzən söz-söhbələrə görə, Rusiyada yaşayan, tanınmış azərbaycanlı milyader "AzNar" QSC-nin sahibi Fərhad Əhmədov "Bank Respublika"nın səhmdarı olur.   

 

“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyev məsələ ilə bağlı “Marja”ya açıqlama verib:

 

“Mən, Fərhad Əhmədovu tanıyıram və onun kimi uğurlu iş adamını partnyor qismində görməkdən şad olardım. Düşünmürəm ki, belə bir iş birliyi onun maraqları ilə uyğun gələr”.

 

Natiq Quliyev qeyd edib ki, ötən il “Bank Respublika”nın nizamanamə kapitalının 20 milyon manat artırılması mövcud səhmdarların hesabına təmin edilib. Nəticədə bankın nizamnamə kapitalinda Natiq Quliyevin payı 46%-ə catmış, ümumilikdə Quliyevlər ailəsinin payı isə 84% təşkil etmişdir.

 

28 Mart 2017-ci il tarixində keçirilmiş yığıncaqda da Səhmdarlar kapitalın yenidən 20 milyon manat artırılmasına qərar veriblər.  Bu dəfə də kapitalın artırılması yalnız mövcud səhmdarlar tərəfindən nəzərdə tutulur:

 

“Biz bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə nizamnamə kapitalının məbləği  77 milyona çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil”.

 

Natiq Quliyevin müsahibəsini buradan oxuya bilərsiniz.

01.04.2017 06:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ