Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

10 şadlıq sarayına manqallardan istifadə qadağan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 şadlıq sarayına manqallardan istifadə qadağan edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.

 

Reklam_3_11

Nazirlikdən "Marja"ya verilən məlumata görə, monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən “Amor”, “Mələk Palace”, “Grace Hall”, “Ayla”, “Monte Karlo”, “Madonna”, “Al saray”, “Səbinə”, “Həyat Hall” və “Piano” şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

 

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb:

 

"Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilib".

 

ETSN-nin sözçüsü onu da qeyd edib ki, əksər obyekt sahibləri elə hesab edir ki, təmizləyici qurğu quraşdırmaqla iş bitir, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə əhəmiyyət vermir. "Bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulacaq. Araşdırma və monitorinqlər davam etdirilir".

22.11.2019 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ