Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Milli valyutada biznes kreditlərinin verilmə faizi 13 faizdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Milli valyutada biznes kreditlərinin verilmə faizi 13 faizdir"

"Bu gün bəzi hallarda Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək olduğu barədə fikirlər səsləndirilir. Hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil". 

 

"Marja" xəbər verir ki, bu, Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilmiş, böyük ehtimalla Maliyyə Bazarlarına Nəzarət Palatasınının sifarişi ilə hazırlanmış "Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?" başlıqlı məqalədə bildirilir.

 

Məqalədə qeyd edilib ki, Azərbaycanda bank kreditlərinin istehlak faizləri orta hesabla təxminən 22,3 faiz, biznes kreditləri üzrə isə 8,6 faizdir:

 

"Təbii ki, bu rəqəm xarici valyuta üzrə olan biznes kreditlərində daha aşağıdır və bu rəqəm 5 faiz təşkil edir. İndiki dövrdə milli valyuta üzrə biznes kreditlərinin verilmə faizi 13 faizdir. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin alternativ yollarla maliyyələşdirilməsi baxımından ölkə başçısının müvafiq fərmanı ilə 2017-ci ilin dekabrında İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Cari ilin 9 ayı ərzində fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib. Bu kreditlərin orta müddəti 28 ay və orta faiz dərəcəsi 16,3 faiz təşkil edib",- məqalədə bildirilir.

22.11.2019 09:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ