Aqrar Sığorta ilə bağlı işlər sürətlə davam edir – Foto

Türkiyənin Aqrar sığorta sisteminin mərkəzi institutu olan TARSİM-dən verilən məlumata əsasən, ötən il dekabr ayında, Türkiyə və Azərbaycan arasında imzalanan "Kənd təsərrüfatı sığortaları sahəsində İş birliyi Protokolu" əsasında iki ölkə tərəfindən davam etdirilən ortaq işlər sürətlə davam edir.

 

Azərbaycanda kənd təsərrüfatının sığortası sahəsində qurulması planlaşdırılan yeni sistem ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova, Kənd Təsərrüfatı Sığortası Fondunun müdiri Fuad Sadıqov və Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin rəhbəri Firdovsi Ağaşirinovdan ibarət nümayəndə heyəti 14-20 noyabr tarixlərində Türkiyədə işgüzar səfərdə olmuşdur.

 

Azərbaycan nümayəndə heyəti 14 Noyabrda Ankarada Nazirlik binasında Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirinin müavini Fatih Metin, Kənd Təsərrüfatı İslahatlarının Baş direktoru və TARSİM İdarə Heyətinin sədri Hasan Özlü, Kənd Təsərrüfatı Sığortası və Təbii Fəlakətlər Şöbəsinin müdiri Bekir Engürülü ilə görüşüb. Proqramın ikinci günündə, TARSİM Baş Müdir Köməkçisi Bəkir Engürü və Zeki Karakurtun iştirakı ilə İstanbulda iclas keçirilib.

 

 Görüşdə TARSİM Sistemi çərçivəsində edilən aktuar və texniki işlər, məhsul və heyvan həyatının sığortası sahələrində siyasət və risk təhlili mövzusunda, təyinetmə və kompensasiya prosesləri haqqında ətraflı məlumat verilib. Azərbaycan nümayəndə heyəti TARSİM Baş Qərargahının müvafiq şöbələrini də ziyarət edərək, iş proseslərini izləmək imkanı əldə edib.

 

Qısa müddət ərzində Aqrar Sığorta Fondunun fəaliyyətə başlanması və 2020-ci ilin ikinci yarısından etibarən sığorta məhsullarının istehlakçılara təqdim edilməsinə nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birlikdə Fərmanın icra edilməsi intensiv olaraq davam etdirilir.

22 Noyabr 2019 , 15:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin