İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

28 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin 20 milyon manat məbləğində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :

Qiymətli kağızın ISIN kodu

AZ2041008684

Emissiya həcmi

20 000 000 AZN

Nominal qiyməti

1000 АZN

Hərrac qiyməti

1010,7499 AZN

İstiqrazların tədavül müddəti

23 il

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

BTB-Kapital İŞ ASC

 

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

22 Noyabr 2019 , 16:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin