İstirahət günlərinin hava proqnozu açıqlanıb
Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin noyabrın 24-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.
Kiçik Qafqazda gecə 3-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara zonasında hava şəraitinin yağışlı keçəcəyi gözlənilir. Lakin noyabrın 24-də hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 6-10 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin noyabrın 24-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl