İstirahət günlərinin hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin noyabrın 24-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

 

Kiçik Qafqazda gecə 3-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara zonasında hava şəraitinin yağışlı keçəcəyi gözlənilir. Lakin noyabrın 24-də hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

 

Qazax-Gəncə zonasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 6-10 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.

 

Paytaxtda isə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin noyabrın 24-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

22 Noyabr 2019 , 18:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin