Beynəlxalq agentlik “Azsığorta”nın reytinqini təsdiq edib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın “Azsığorta” şirkətinin proqnozunu “stabil” (stable) səviyyəsində və Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində yenidən təsdiq edib.

 

Bu barədə “Marja”ya “Azsığorta” şirkətindən bildirilib.

 

“Sığorta şirkətinin reytinqinin saxlanılmasına əsas səbəb şirkətin cari ilin 9 ay ərzində 1,9 milyon manat xalis mənfəət əldə etməsi, sağlam maliyyə durumu və güclü  kapital mövqeyinə malik olmasıdır”, - məlumatda deyilir.

 

Nizamnamə kapitalı 20,3 milyon AZN olan “Azsığorta” şirkətinin  2019-cu ilin 9 ay ərzində sığorta yığımları 11,3 milyon manat, sığorta ödənişləri isə 3,4 milyon manat təşkil edib.

 

“Azsığorta”  Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.  

22 Noyabr 2019 , 20:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin