“Real” marketin müddəti ötmüş məhsullar satdığı aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər əsasında AQTA əməkdaşları bir qrup sakinin müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparılıb. 

 

Araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib. Marketdə istifadə müddəti ötmüş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunmuşdur. Yararlılıq müddəti ötmüş qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, satışdan çıxarılaraq məhv edilib.

 

Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb. Sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələbləri izah olunub.

 

İstehlakçılara bir daha tövsiyyə olunur ki, qida məhsulları seçərkən məhsulun etiket məlumatlarına, mənşəyi ilə bağlı sənədlərə eyni zamanda saxlama şəraitinə diqqətli yetirsinlər. Hər hansı neqativ hallarla rastlaşdıqda Agentliyin 1003 - Çağrı Mərkəzinə məlumat versinlər.

23 Noyabr 2019 , 13:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin