Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Antaliya tarixində ilk

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antaliya tarixində ilk
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən mühüm turizm zonaları arasında yer alan Antaliya, 11 ayda 15 milyon nəfərdən çox xarici turist qəbul edib. 


 

193 ölkədən turistlərin seçdiyi şəhər, xarici turist sayında bu il ardıcıl rekordlar qırır. Keçən il 13 milyon 642 min turist qəbul edən Antaliya, bu rekordunu oktyabr ayında 14 milyon rəqəminə çataraq yeniləyib. 

 

"Marja" Antaliya Mədəniyyət və Turizm idarəsinə istinadən xəbər verir ki, şəhərə 11 ayda gələn xarici turistlərin sayı 15 milyon 567 min nəfər təşkil edib. 

 

RUS TURİSTLƏRDƏ 16 FAİZ ARTIM

 

Turistlərin ölkələrinə görə baxdıqda isə, Rusiya ilk yeri tutub. 1 Yanvar - 31 Oktyabr 2019 tarixlərində Rusiyadan Antaliyaya 5 milyon 414 min turist gəlib. Keçən illə müqayisədə Rus turistlərin sayında 16%-lik artım baş verib. 

 

Şəhərə ən çox turist göndərən ölkələr arasında Almaniya 2 milyon 508 min ilə ikinci yeri tutub. Almaniyadan gələn turistlərin sayı da 16% artıb. 

 

Ən çox turistin gəldiyi ölkələr arasında Ukrayna 799 min turist ilə üçüncü, İngiltərə 686 min turistlə dördüncü olub. Antaliyaya Polşadan 535 min, Hollandiyadan 424 min, Rumıniyadan isə 249 min turist gəlib. Bu bazarlarda da keçən ilin eyni dövrü ilə müqayisədə artımlar qeydə alınıb. 

25.11.2019 06:35

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ