Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İtaliya bankı "Yapı Kredi"dəki payını satır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliya bankı "Yapı Kredi"dəki payını satır

Türkiyənin "Koç Holding" şirkəti tərəfindən edilən İctimaiyyəti Məlumatlandırama Platformasına (KAP) verilən açıqlamada, İtaliya bankı "UniCredit" ilə "Yapı Kredi" barədə danışqlarının davam etdiyi, ancaq hər hansı bir idarə heyəti qərarı verilmədiyi qeyd edilib. 

 

"Marja" xəbər verir ki, "Reuters"in üç mənbəyə istinadən yaydığı xəbərində, "UniCredit"in bankdakı payını azaldacaq bir razılaşma təmin etdiyi bildirilib. Xəbərdə İtaliya bankınnın "Yapı Kredi"yə nəzarət edən "Koç Finansal Hizmetleri" (KFS) şirkətindəki 50% payını "Koç Holding"ə satmağı planlaşdırdığı qeyd edilib. 

 

"UniCredit" və "Koç Holding" "Koç Finansal Hizmetler" şirkətində bərabər paya (50/50) sahibdirlər. "Koç Finansal Hizmetler"i "Yapı Kredi"nin təxminən 82%nə sahibdir. Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarı "Yapı Kredi"dir. 

 

"Koç Holding"in açıqlamasımnda bu ifadələrə yer verilib:

 

"Yapı Kredi"nin (YKB) nizamnamə kapitalında birbaşa və dolayı olaraq üstünlük təmin etməmək şərti ilə, pay alışı daxil KFS və YKB ortaqlıq strukturlarının yenidən formalaşdırılması ilə əlaqədar olaraq "Unicredit" ilə danışqlarımız davam etməkdədir. Mövzu ilə bağlı olaraq hər hansı bir idarə heyəti qərarı verilməmişdir".

25.11.2019 07:05

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ