Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Lüks sektorda ən böyük razılaşma - 16,3 MİLYARD DOLLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lüks sektorda ən böyük razılaşma - 16,3 MİLYARD DOLLAR

"Louis Vuitton" "Tiffany"ni 16.3 milyard dollara satın aldı


 

Reklam_3_11

Fransanın nəhəng lüks məhsullar istehsalçısı "Moet & Hennessy - Louis Vuitton" (LVMH), ABŞ-ın ləl-cəvahirat şirkəti "Tiffany & Co."nu 16.3 milyard dollara satın alaraq lüks istehlak sektorundakı ən böyük razılaşmaya imza atıb. 


"Marja" xəbər verir ki, "Louis Vuitton" bu gün yaydığı açıqlamada ABŞ-ın ləl-cəvahirat şirkətininin bir səhminə 135 dollar ödəməklə satınalma üçün razılaşdığını bildirib. 

 

"Bloomberg Intelligence"in analitiki Deborah Aitken bu razılaşma ilə LVMH-nin lüks ləl-cəvahiratda qlobal bazar lideri olacağını bildirib. 

 

Oktyabr ayında şirkətin satınalma üçün danışıqlara başladığı barədə xəbərlər yayılmışdı.

 

Ləl-cəvahirat şirkətinin ABŞ və Asiyadakı satışları son dövrdə ABŞ - Çin ticarət müharibəsi kimi müxtəlif faktorlar səbəbilə düşmüşdü. "Tiffany"nin səhmləri razılaşma olacağı xəbərilə Cümə günü yüksələrək 125.51 dollardan bağlanmışdı. 

 

LVMH 2011-ci ildə  İtalyanın məşhur ləl-cəvahirat markası "Bvlgari"ni 3.7 milyard avroya satın almışdı.

25.11.2019 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ