Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Buta Airways”in Kiyev reysləri “Borispol” hava limanına həyata keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Buta Airways”in Kiyev reysləri “Borispol” hava limanına həyata keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il yanvarın 22-dən Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Kiyev istiqamətindəki reyslərini“Borispol” beynəlxalq hava limanına yerinə yetirəcək. Hazırda reyslər “Julyanı” aeroportuna həyata keçirilir.

 

Bu barədə aviaşirkətdən iməlumat verilir. 

 

27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.

 

“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da öz növbəsində “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

25.11.2019 12:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ