Mərkəzi Bankın rəhbərliyi Antaliyaya gedəcək
Aprelin 2-4-də Antalyada 25 ölkənin Mərkəzi Bankının sədrlərindən ibarət Rəhbərlər Klubunun Mərkəzi Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin toplantısı keçiriləcək.
Mətbuata qapalı olaraq reallaşacaq toplantının əsas mövzuları pul siyasəti və maliyyə sabitliyi ilə iqtisadi dayanıqlılığın artırılmasıdır. Tədbirdə kluba üzv ölkələrdəki aktual iqtisadi və maliyyə proseslərinə dair təqdimatlar ediləcək.
Qeyd edək ki, Azərbaycan bu klubun üzvüdür.
Klub Mərkəzi Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin Mərkəzi Bankları arasında əlaqələri inkişaf etdirmək, bankçılıq və maliyyə sahələrində texniki əməkdaşlıq imkanlarını araşdırmaq, maliyyə və mərkəzi bankçılıq mövzularında informasiya mübadiləsini həyata keçirmək üçün 1991-ci il mayın 1-də 10 ölkənin Mərkəzi Bankının imzaladığı protokol əsasında yaradılıb.
Kluba üzv ölkələr: Albaniya, Azərbaycan, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Çin, Gürcüstan, Xorvatiya, İsrail, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Tacikistan, Türkiyə, Ukrayna və Yunanıstan.
Kluba üzv ölkələrin mərkəzi banklarının sədrləri ildə iki dəfə toplanaraq pul siyasətini həyata keçirməklə aktual iqtisadi və maliyyə sahəsində irəliləyişləri müzakirə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
13 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
16 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
17 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 20 saat əvvəl
- 20 saat əvvəl