Ən yuxarı statik reklam_3

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

 

27 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

 

Dövlət qeydiyyat №-si

50103476S

Hərraca çıxarılan həcm

170 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

 28 gün

Ödəmə tarixi

                                    26.12.2019

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkdir.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

25.11.2019 14:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ