Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Balu” şirniyyat sexinin fəaliyyəti dayandırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Balu” şirniyyat sexinin fəaliyyəti dayandırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Balu” şirniyyat sexinin fəaliyyətini dayandırıb.

 

"Daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Semur Həsən oğluna məxsus “Balu” şirniyyat sexində 21.11.2019-cu il tarixində aparılmış yoxlama zamanı qida məhsullarının istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən norma, qayda və tələblərə əməl olunmadan şirniyyat məmulatları istehsal edildiyi üçün istehsalın dayandırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda istehsal olunan məhsulların satışının qadağan olunması və satılan məhsulların ticarət şəbəkəsindən geri çağrılması ilə əlaqədar “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub",- Agentlidən "Marja"ya daxil olmuş məlumatda deyilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

26.11.2019 15:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ