Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hyundai dünyanın ən böyük taksi parkı ilə yeni mərhələyə qədəm qoyur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hyundai dünyanın ən böyük taksi parkı ilə yeni mərhələyə qədəm qoyur

 - Hyundai Motor və Parisdə əsası qoyulan elektrik taksi işəsalma şirkəti STEP təxminən 60 əlavə Hyundai ix35 Fuel Cell avtomobillərinin təhvili ilə bağlı anlaşma memorandumu imzalayıb.

 

Reklam_3_11

 - Yeni ix35 Fuel Cell avtomobilləri yanacaqla hərəkətə gətirilən taksiləri əvəz edəcək.

 

 - Hyundai ix35 Fuel Cell dünyanın ilk kütləvi şəkildə istehsal edilən və kommersiya cəhətdən əldə edilə bilən Fuel Cell elektrik nəqliyyat vasitəsidir və dolu bakla 594 kilometrədək məsafə qət edə bilir.

 

2016 noyabr ayında Hyundai Motor 60 ədəd ix35-i Fuel Cell maşınları Parisdə əsası qoyulan elektrik taksi işə salma şirkəti STEP-ə (Société du Taxi Electrique Parisien) təhvil verəcəyinə dair imzalama mərasimi olub.

 

Hyundai Motors şirkətinin Offenbax, Almaniyadakı Avropa Mərkəzində Air Liquide tərəfindən idarə olunan ictimai hidrogen yanacaq stansiyasının açılışında anlaşma memorandumu imzalanıb. Dünyanın ən böyük Fuel Cell taksi parkı "hype" (Hidrogen Enerjili Elektrik) hal-hazırda Hyundai Motor şirkətinin 2015-ci ilin dekabr ayında təqdim etdiyi beş ix35 Fuel Cell maşınları ilə Böyük Paris Ərazisinə xidmət göstərir.

 

Parkın beş il ərzində bir neçə yüz nəqliyyat vasitəsinə qədər artırılması nəzərdə tutulur. 800 tondan çox emissiyaya qənaət 60 yeni ix35 Fuel Cell nəqliyyat vasitələri Parisdə və onun ətrafında dövriyyədə olan 17,000 taksiyə əlavə deyil. Onlar benzin və dizel-enerjili maşınları əvəz edirlər.

 

Hər kilometrə görə 135 qram CO2 emissiya buraxan və illik 100,000 kilometr mil məsafə qət edən dizel-enerjili taksi ilə müqayisədə, ix35 Fuel Cell nəqliyyat vasitələri işlənmiş emissiyalar üzrə hər il 800 tondan çox CO2-ə qənaət edəcək. Bu, bir şəxsin təyyarəyə minərək, Frankfurtdan Nyu Yorka və geriyə 200 dəfədən çox uçmasına bərabərdir. ix35 Fuel Cell dünyanın ilk kütləvi şəkildə istehsal edilən və kommersiya cəhətdən əldə edilə bilən Fuel Cell elektrik nəqliyyat vasitəsidir. Hal-hazırda Avropada 12 ölkənin yollarında 300-dən çox Hyundai ix35 Fuel Cell avtomobilləri var. Səmərəliliyi sayəsində ix35 Fuel Cell-in diapozonu dolu bakla 594 kilometr təşkil edir.

18.12.2016 18:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ