Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Eyni gündə yaradılmış 2 şirkətə 16,6 milyon manatlıq sifariş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Eyni gündə yaradılmış 2 şirkətə 16,6 milyon manatlıq sifariş

“AzNest" və "AQRİ KON" şirkətləri Dövlət Məşğulluq Xidməti üçün inventarlar, maşın və avadanlıqlar,  kənd təsərrüfatı malları satın alacaqlar.


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2 şirkət ilə 16 milyon 587 min manatlıq 2 müqavilə imzalayıb.

 

“Marja” xəbər verir ki, müqavilələr “AzNest” QSC və “AQRİ KON” QSC ilə imzalanıb. “AzNest” QSC ilə imzalanmış müqavilə “Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın şəhər və rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan əmlakın (inventarların, maşın və avadanlıqların) satınalması”nı nəzərdə tutur. Müqavilənin məbləği 10 milyon 356 min manatdır.

 

“AQRİ KON” QSC ilə imzalanmış müqavilə isə “Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalması”nın nəzərdə tutur. Bu müqavilənin məbləği 6 milyon 230 min manatdır.

 

EYNİ GÜNDƏ YARADILIBLAR

 

28.06.2018-ci il tarixində yaradılmış və 2010 manat nizamnamə kapitalı olan “AzNest” şirkətinin qanuni təmsilçisi Elvin Ramazanovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavadxan, ev 51, m 48-dir.

 

28.06.2018-ci il tarixində yaradılmış və 2010 manat nizamnamə kapitalı olan "AQRİ KON" QSC-nin qanuni təmsilçisi isə Rəşad Sultanovdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Salatın Əsgərova, ev 121, m. 1-dir.

 

AVQUST VƏ OKTYABRDA DA BÖYÜK MƏBLƏĞLİ SİFARİŞLƏR BU ŞİRKƏTLƏRƏ VERİLİB 

 

Dövlət Məşğulluq Xidməti Oktyabr ayının əvvəlində də “AzNest” MMC ilə müqavilə imalayıb. Məbləği 5 milyon 982 min manat olan həmin müqavilə də "Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri olan əmlakın (inventarların, maşın və avadanlıqların) satın alınması"nı nəzərdə tutur. 

 

Dövlət Məşğulluq Xidməti cari ilin Avqust ayında da "Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması"nı "AGRİ KON" QSC-yə sifariş etmişdi. İmzalanmış müqavilənin dəyəri 27 milyon 699 min manat idi.

26.11.2019 16:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ