Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tramp: Ticarət razılaşmasının kandarındayıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Ticarət razılaşmasının kandarındayıq

ABŞ Prezidenti Donald Tramp Çin ilə imzalanacaq razılaşmanın ABŞ-ın mənfəətlərini ən yaxşı şəkildə qoruduğundan əmin olmaq üçün gözlətdiyini söyləyib,  ticarət razılaşmasının astanasında olduqlarını bildirib.


 

Reklam_3_11

ABŞ Prezidenti Donald Tramp Çərşənbə axşamı günü, ABŞ və Çinin yüksək vəzifəli nümayəndələrinin telefon danışıqlarının ardından birinci mərhələ ticarət razılaşmasının tamamlanmağa çox yaxın olduğunu bildirib.

 

"BƏRABƏR ŞƏRTLƏR İLƏ RAZILAŞMA EDƏ BİLMƏRİK"

 

"Marja" xəbər verir ki, ABŞ Prezidenti "Fox News"a verdiyi açıqlamasında, ticarət razılaşmasını yaxşı şərtlərlə istədiyini ifadə edərək, "Razılaşmanı gözlədirəm, çünki yaxşı bir razılaşma olacaq, bərabər bir razılaşma edə bilmərik, bizim daha yaxşı mövqedə olduğumuz bir müqavilə bağlamalıyıq. Çünki geri qalmamaq məcburiyyətindəyik" deyib. 

 

Tramp 11 Oktyabrda, Çinin ABŞ-dan kənd təsərrüfatı məhsulları idxalını artıracağı, ABŞ-ın əqli mülkiyyət haqqlarını qoruyacağı, pul vahidi manipulyasiyasına son qoyacağı və maliyyə sektorunu açacağı kimi istiqamətləri ehtiva edən məhdud amma əhəmiyyətli bir ticarət razılaşması imzalanacağını bildirmişdi. Bu tarixdən bəri, iki tərəf razılaşmanın mətni və qarşılığında ABŞ-ın gömrük rüsumlarını ləğv etməsi üçün danışqları davam etdirirlər.

27.11.2019 05:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ