Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Səfər müəllimin diqqətinə: istehsal tarixi 1 ildən çox olduqda cəmi vergi 7966 manat təşkil edir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Səfər müəllimin diqqətinə: istehsal tarixi 1 ildən çox olduqda cəmi vergi 7966 manat təşkil edir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəyə gətirilən  "Hybrid" nəqliyyat vasitələrinin mühərriklərinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır. "Hybrid" maşınlar üçün minimal məbləğdə olan gömrük rüsumunun ləğvi məqsədəuyğun deyil.

 

“Marja” xəbər verir ki, vergi eksperti Vəli Əliyev Səfər Mehdiyevin açıqlamasında səsləndirdiyi vergi məbləğlərinin doğru olmadığına işarə edib:

 

"Səfər müəllimin diqqətinə: 1-ci idxal olunan nəqliyyat vasitəsinin "Hybrid" və ya daxili yanma mühərriki olmasından asılı olmayaraq idxal vergi və rüsümları dəyişilməzdir. 2-ci 600-700 manat dediyi aksiz vergisidir. Üçüncü 10000 dollar dəyərində 1700 sm3 mühərriki olan nəqliyyat vasitəsinin idxalı zamanı tutulan cəmi vergi və gömrük rüsumlarının məbləği istehsal tarixi 1 ilədək olduqda təqribən 6261 manat, istehsal tarixi 1 ildən çox olduqda 7966 manat təşkil edir”.

 

Mövzu ilə əlaqədar iqtisadçı Rövşən Ağayev bildirib ki, hətta elektromobilləri də tam vergidən azad rejimə keçirməyə ürəkləri gəlmir: “Onlar ƏDV-dən azaddır, amma 15%-lik idxal rüsumuna cəlb edilir. Hökumət ən azından elektromobilləri və hibrid maşınları heç olmazsa 5 illik müddətə 0% vergiyə rejiminə keçirməli idi. Mühərrikinin həcmi 1500 sm3-u ötməyən daxili yanma mühərriki ilə işləyən minik avtomobilləri də istismar müddəti 3 ili ötmədikdə ən azından indiki ilə müqayisədə 2 dəfə az vergi ödəmək imkanı tanınmalı idi. Yəni 7 ildən çox istismar müddəti olan avtomobillərin idxalı qadağan olunan ölkədə mən deyən addımlar atılmalıdır”.

 

Xəbər verdiyimiz kimi, Səfər Mehdiyev bildirib ki, Komitə tərəfindən yaşı 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulması təklif edilib.

 

HƏMÇİNİN OXU:"Hybrid" avtomobillərin gömrük rüsumundan azad edilməsi məqsədə uyğun deyil"

 

HƏMÇİNİN OXU: "Təklif etmişik ki, yaşı 7 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyulsun" - KOMİTƏ SƏDRİ

27.11.2019 07:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ