Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank sədrindən iddialı açıqlama - "CİDDİ ARTIMLAR OLACAQ"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sədrindən iddialı açıqlama - "CİDDİ ARTIMLAR OLACAQ"

"İndidən məlumat verim ki, 2020-ci ilin sonunadək kredit portfelimizdə ciddi artımlar olacaq".

 

"Marja" xəbər verir ki, bunu müsahibəsində Bank “BTB” ASC-nin İdarə Heyətinin Sədri Emil Rzayev bildirib. 

 

"Ötən ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin ilk 9 ayı ərzində bankın xalis mənfəəti 2 dəfəyədək, kredit portfeli 15%, depozit portfeli isə 8% artmışdır. Bankın kredit portfelinin 50%-i real sektora ayrılan kreditlər təşkil edir ki, bu göstəricinin daha da artırılması gözlənilir". 

 

Bankın sədri hədəflərdən danışaraq əlavə edib:

 

"Qarşıdakı illərdə korporativ bankçılıq əməliyyatlarında və pərakəndə bankçılıq xidmətləri sahəsində də fəaliyyətimizi genişləndirməyi, həmçinin mikro, kiçik və orta bizneslərə, o cümlədən, bu biznesin tərkib hissəsi hesab edilən ailə təsərrüfatlarına dolğun maliyyə xidmətlərinin göstərilməsini hədəfləmişik".

 

YENİ FİLİALLAR AÇILACAQ, 2 FİLİALIN ÜNVANI DƏYİŞDİRİLƏCƏK

 

Emil Rzayev, "Yaxın gələcəkdə əhatə dairəmizi daha da genişləndirərək əhaliyə geniş çeşidli, keyfiyyətli və innovativ maliyyə xidmətləri göstərməyi planlaşdırırıq" deyərək sözlərinə belə davam edib.

 

"Hazırda filiallarımızda müştərilərin məmnunluğunu təmin etmək məqsədilə yenidənqurma işləri aparılır, müştəri xidməti üçün komfortlu şərait yaradılır, xidmət nöqtələrinə vahid standartlar tətbiq olunur. Bütün bu görülən işlər müştərilərimiz tərəfindən müsbət qarşılanır. Bu standartın inkişaf etdirilməsi və yaxın illərdə bütün filiallarımıza tətbiq edilməsi bizim üçün prioritet məsələlərdən biridir.


Eyni zamanda müştəri ehtiyaclarını nəzərə alaraq xidmət mərkəzlərinin əhali üzrə daha səmərəli yerləşdirilməsi, bir sıra filialların yeni ünvana köçürülməsi istiqamətində işlər aparılır. Hazırki strategiyamıza əsasən filiallarımız müştərilərin 10-15 dəqiqə ərzində rahat yetişməsinə imkan verən ünvanlarda yerləşdirilir. Bu məqsədlə 2017-ci ildə 2 filialın, 2018-ci ildə daha 2 filialın yeni ünvanlarda yenidən təşkili həyata keçirilmişdir. Hazırda daha 2 filialın yerdəyişməsi işlərinə başlanmış və yaxın aylarda filialların yeni ünvanlarda fəaliyyət göstərməsi planlaşdırılır".

 

Bank “BTB” ASC-nin İdarə Heyətinin Sədri Emil Rzayev ilə müsahibə: “Bank “BTB” hər addımı ilə müasirləşən və seçilən bank olmaqdadır”

27.11.2019 08:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ