Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı-Tbilisi-Qars dəmiryolu payıza qaldı - GECİKİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Tbilisi-Qars dəmiryolu payıza qaldı - GECİKİR

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər bu il avqustun sonu, sentyabrın əvvəlində yekunlaşa bilər.

 

Reklam_3_11

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə bildirib. Bundan əvvəl tikinti işlərinin İyun ayınadək başa çatdırılacağı gözlənilirdi.

 

"Bu il qış çox sərt keçib. Qarsda 47-54 dərəcə şaxta olub. Ona görə də işlər bir qədər gecikib. Dəmiryolu xəttinin Qars hissəsində 80 km yol var, onun da 27 km-nin üst yatağı düzülüb", - deyə o qeyd edib.

 

C.Qurbanov mayın əvvəlində Qarsa səfər edəcəyini, Türkiyənin nəqliyyat naziri və Türkiyə Dövlət Dəmir Yollarının rəhbəri ilə görüşəcəyini söyləyib.

 

"Düşünürəm ki, bu il avqustun sonu, sentyabrın əvvəlində Qars yolunu aça bilərik. Azərbaycan və Gürcüstan tərəfində demək olar ki, işlər yekunlaşıb, böyük çətinliyimiz qalmayıb. Təxminən 10-15% işlər qalıb. Türkiyə tərəfində isə tikinti işləri qalıb. Amma Türkiyənin tikinti aparmaq gücünə bələd olduğumuz və Türkiyə baş nazirinin, eləcə də digər müvafiq nazirlərinin verdiyi bəyanatlara əsasən demək olar işləri tez qurtarmağa çalışacaqlar", - deyə Cəmiyyət sədri vurğulayıb.

 

C.Qurbanov əlavə edib ki, dəmiryolu xəttinin 100 km-ə yaxını dizellə daşına bilər. 

 

© Report

03.04.2017 05:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ