Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kənd Təsərrüfatı Nazirliyi yenə "Fasad-F"i seçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd Təsərrüfatı Nazirliyi yenə "Fasad-F"i seçdi

Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin, yardımçı binaların tikintisi və inzibati binanın əsaslı təmiri üzrə elan etdiyi tenderin qalibinin adını açıqlayıb: "Fasad-F" MMC

 

"Marja" xəbər verir ki, Nazirlik "Fasad-F" MMC ilə müqavilə bağlayıb. Müqavilənin məbləği 3 milyon 321 min manatdır. 

 

2019-CU İLDƏ TƏXMİNƏN 33 MİLYON MANATLIQ SİFARİŞ

 

2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyi elan etdiyi tenderlərdə “Fasad-F” MMC-ni qalib elan edib və bu şirkət ilə 33 milyon 303 min manat məbləğində 6 müqavilə bağlayıb.

 

Şirkət Kənd Təsərrüfatı Nazirliyindən Göygöl rayonunda iri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi üzrə 12 milyon 751 min manat, Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi üçün 9 milyon 745 min manat, aqrar yönümlü Peşə təhsili məktəbinin tikintisi üçün 5 milyon 772 min manat, Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmiri üçün 1 milyon 16 min manat, Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmiri üçün isə 698 min manat alıb.

 

100 manat nizamnamə kapitalı olan “Fasad-F” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Fəxri Cəfərovdur.

27.11.2019 10:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ