Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Unicredit", ilk mərhələdə "Yapı Kredi"dəki payının 10%-ni satacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unicredit", ilk mərhələdə "Yapı Kredi"dəki payının 10%-ni satacaq

"Koç Holding" və "Unicredit", "Yapı Kredi"nin əsas səhmdarı olan "Koç Finansal Hizmetler"i (KFH) şirkətini ortadan qaldıraraq bankda birbaşa pay sahibi olmaq barədə razılaşıblar.


"Yapı Kredi"nin 82%-inə sahib olan KFH-nin ortadan qalxması ilə 41% birbaşa paya sahib olacaq ortaqlar, istədikləri zaman və digər tərəfə məsləhətləşmədən üçüncü tərəfə səhm satışı edə biləcəklər.


"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, "Unicredit SpA" "Yapı Kredi"də birbaşa paya sahib olduqdan sonra ilk etapda payından 10%-dən daha az hissəsini satmağı planlaşdırır.  

 

İlk öncə "Unicredit"in "Koç Holding"ə 10%-i təklif edəcəyi, "Koç"un bu payı almaq istəməməsi vəziyyətində üçüncü tərəfə satış planlaşdırıldığı bildirilir. 

 

Mənbələr, "Unicredit"in qalan payını da sonradan sata biləcəyini qeyd ediblər.

 

"UniCredit" və "Koç Holding" "Koç Finansal Hizmetler" şirkətində bərabər paya (50/50) sahibdirlər. "Koç Finansal Hizmetler"i "Yapı Kredi"nin təxminən 82%-nə sahibdir. Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarı "Yapı Kredi"dir. 

27.11.2019 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ