Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda könüllü sığorta azalıb, icbari sığorta isə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda könüllü sığorta azalıb, icbari sığorta isə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda könüllü sığorta 14% azalıb, icbari sığorta isə 10% artıb


 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 387 milyon 55 min manat sığorta haqqı toplanılıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasıın statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır.

 

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 10,25% artaraq 183 milyon 465 min manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 159 milyon 657 min manat təşkil edib ki, bu da illik müqayisədə 6,6% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 17,1% artaraq 65 milyon 816 min manata çatıb.

 

Beləliklə, 2019-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 41,25 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-oktyabr aylarında 33,2 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 33,8 manatdan 35,9 manata qalxıb.

 

Həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 223 milyon 491 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 22% azdır.

 

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 347 milyon 29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,35% artaraq 91 milyon 233 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,9% artaraq 134 milyon 24 min manata çatıb.

 

Beləliklə, 2019-cu ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 38,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 31,1 manat və 35,3 manat olub. 

 

NAĞD PUL 17%-DƏN

 

© “Renkinq” 

28.11.2019 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ