Mobil manşet üstü reklam_21

“Atəşgah”larda “məşəlin alovu” zəifləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah”larda “məşəlin alovu” zəifləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta və “Atəşgah Həyat” sığorta şirkətlərinin topladıqları sığorta haqları azalıb.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 10 ayında “Atəşgah Həyat” Sığorta Şirkəti tərəfindən 31 milyon 162 min manat sığorta haqları toplanıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 972 min manat və ya 32,5% azdır. Ötən ilin 10 ayı ərzində “Atəşgah Həyat” 46 milyon 133 min manat sığorta haqları toplamışdı.

 

Müqayisə olunan dövrdə “Atəşgah Həyat”ın sığorta ödənişləri 2 milyon143 min manat azalaraq 10 milyon 794 min manata düşüb.

 

2019-cu ilin 10 ayında “Atəşgah” Sığorta Şirkəti tərəfindən 30 milyon 458 min manat sığorta haqları toplanıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 740 min manat və ya 2,4% azdır. Ötən ilin 10 ayı ərzində  “Atəşgah” Sığorta Şirkəti 31 milyon 198 min manat sığorta haqları toplamışdı.

 

Müqayisə olunan dövrdə “Atəşgah” Sığorta Şirkətinin sığorta ödənişləri 454 min manat azalaraq 16 milyon 383 min manata düşüb.

 

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.

28.11.2019 06:08

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ