Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2016-cı ilin TƏDİYYƏ BALANSI

iç səhifə xəbər başlığı altı (mobil)_31
2016-cı ilin TƏDİYYƏ BALANSI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ilin yanvar-dekabr aylarında ölkənin tədiyə balansı üzrə CƏB kəsiri 1.4 mlrd.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nisbətən 15% (1013 mln.$) azalaraq 5.8 mlrd.$ olmuşdur. Hesabat dövründə maliyyə hesabının kəsiri də ötən ilə nisbətən 69.4% azalaraq 2.8 mlrd.$ təşkil etmişdir (dollarlaşma istisna olmaqla kəsir 2.3 mlrd.$ təşkil edir).

 

Reklam_3_11

Cari əməliyyatlar hesabı

 

2016-cı ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 1363 mln.$ məbləğində kəsir yaranmış, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 4.4 mlrd.$ məbləğində olmuşdur. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5.8 mlrd.$ məbləğində kəsirinin 76.3%-ni örtmüşdür.

 

Xarici ticarət balansı

 

Xarici ticarət dövriyyəsi 22.2 mlrd.$ təşkil etmiş və xarici ticarət balansı 4.2 mlrd.$ məbləğində müsbət saldo ilə nəticələnmişdir. 2016-cı ilin yanvar-dekabr aylarında Azərbaycanın dünyanın 186-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.

 

Əmtəə ixracı.

 

Hesabat dövründə əmtəə ixracı 13.2 mlrd.$ təşkil etmişdir. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 91.2% olmuşdur. Xarici dövlətlərə 10.7 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 490.8 mln.$-ı neft emalı məhsullarının, 10.2 mlrd.$-ı isə xam neftin ixracının payına düşür.

 

2016-cı ilin yanvar-dekabr aylarında ölkənin qeyri neft-qaz ixracı ötən ilin müvafiq dövrünə nisbətən 22.6% azalaraq 1.2 mlrd.$ təşkil etmişdir.

 

Əmtəə idxalı.

 

Hesabat dövründə əmtəə idxalı 9.0 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3977.3 mln.$ olmuş, bunun da 1448.3 mln.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal ötən ilin müvafiq dövrünə nisbətən 9.4% azalaraq 6.7 mlrd.$ olmuşdur. Bu azalmanın əsas səbəbi isə minik avtomobillərinin (52.7%), tütün və tütün məhsullarının (48.6%), əczaçılıq məhsullarının (27.5%) azalması ilə bağlıdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 23.1% təşkil etmişdir.

 

Xidmətlər balansı

 

2016-cı ilin yanvar-dekabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 11.9 mlrd.$ təşkil etmişdir. Bunun 7.5 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.4 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Qarşılıqlı xidmətlər dövriyyəsinin 16.9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2015 mln.$ olan nəqliyyat xidmətlərinin 54.4%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1096 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 919 mln.$ təşkil etmişdir. 2016-cı ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 6% artaraq 5.2 mlrd.$-dan çox olmuşdur. Beləliklə, ötən ilin müvafiq dövründə turizm xidmətləri üzrə yaranmış 294 mln.$-lıq kəsir 2016-cı ilin yekunu üzrə 219 mln.$-lıq profisitlə əvəzlənmişdir. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2494.4 mln.$ məbləğində olmuşdur. Bunun 72.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 1.8 dəfə azalaraq 120 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 29.6% azalaraq 638 mln.$ olmuşdur.

 

İlkin gəlirlər balansı

 

Hesabat dövründə gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4.3 mlrd.$-a çatmışdır. Bunun 78.7%-ni (3.4 mlrd.$) Azərbaycandan ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (2361 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyrirezidentlərə ödənilmiş əmək haqları (251 mln.$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (438 mln.$) təşkil edir.

 

Təkrar gəlirlər balansı

 

 Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1184.2 mln.$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 52.4%-ni ölkəyə daxilolmalar təşkil edir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90.9%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5.2%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 3.9%-ni isə digər daxilolmalar təşkil edir. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 56.8 mln.$ təşkil etmişdir.

 

Maliyyə hesabı

 

2 2016-cı ilin yanvar-dekabr aylarında ölkənin xalis maliyyə aktivləri 7.2 mlrd.$ artmışdır. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (2573.6 mln.$), portfel investisiyaları (-44.3 mln.$), törəmə maliyyə alətləri (-0.7 mln.$) və digər investisiyalar (4715.8 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 4.5 mlrd.$ təşkil etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (4499.6 mln.$), portfel investisiyaları (443.6 mln.$) və digər investisiyalar (-460.3 mln.$) hesabına formalaşmışdır.

 

Birbaşa investisiyalar

 

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 7.3 mlrd.$ olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 76.7% təşkil etmişdir. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 1706.2 mln.$ olmuşdur.

 

Kreditlər və digər investisiyalar

 

 Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 7.1 mln.$, xalis maliyyə öhdəlikləri isə 9.4 mln.$ azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 4.8 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 556.6 mln.$ azalmışdır.

 

Ehtiyat aktivləri

 

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 539 mln.$ məbləğində azalmışdır.

03.04.2017 06:35

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ