Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ən böyük özəl bankının sədri tələbələr ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük özəl bankının sədri tələbələr ilə görüşüb

25 noyabr 2019-cu il tarixində PAŞA Bankın bir qrup işçi heyəti, Bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru başda olmaqla ADA Universitetinin tələbələri ilə interaktiv görüş keçirib.

 

PAŞA Bankın yaydığı məlumata görə, görüş zamanı Bankın Baş icraçı direktoru Taleh Kazımovun "Gələcəyi birlikdə formalaşdıraq" mövzusu ətrafında ruhlandırıcı nitqi tələbələrin böyük marağına səbəb olub. T. Kazımov həmçinin tələbələrin çoxsaylı suallarını cavablandırdı. Ən maraqlı sualları təqdim edən tələbələr Bankın İdarə Heyətinin sədri və üzvləri ilə mentorluq görüşlərinə dəvət olunub.

 

Bununla yanaşı, tədbirdə Bankın İnsan Resursları departamentinin direktoru Pərviz Tahirov departamentin "Fərqi bizimlə yarat!" konsepsiyası üzərində qurulmuş yeni strategiyası barədə danışıb.

 

Görüşdə Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova keçmişdə ADA məzunları olan və hal-hazırda Bankda çalışan bir qrup əməkdaşlar ilə birlikdə tələbələr üçün panel sessiya keçirib.

 

Sessiya zamanı Bankın əməkdaşları görüş iştirakçıları ilə öz təcrübələrini paylaşdı, işlərində ən çox hansı biliklərin lazım olduğu barədə danışıblar.

28.11.2019 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ