Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Şamaxıya böyük məbləğdə pul ayrıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şamaxıya böyük məbləğdə pul ayrıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 


 

Prezident İlham Əliyev "Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında" sərəncam imzalayıb.

 

Sərəncamla Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7 milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.

28.11.2019 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ