Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palata nə üçün ləğv edildi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata nə üçün ləğv edildi?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib, səlahiyyətləri və əmlakı Mərkəzi Banka verilib.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, Azərbaycanın bank sektorunun tam sağlamlaşdırılmaması, əhalinin banklara inamının bərpa olunmaması, bankların real sektorun maliyyələşdirilməsində geniş iştirak etməmələri, sığorta sektorunun tənəzzüldə qalması, qeyri-dövlət qiymətli kağızlar bazarının canlanmaması, Palatanın bir sıra qərarlarının maliyyə sektorunda etiraz ilə qarşılanması, bəzi islahatların gecikməsi, Mərkəzi Bank və Palata asındakı anlaşılmazlıqlar bu qurumun ləğv edilməsinin səbəblərindən bir neçəsi ola bilər.

 

Palatanın ləğv olunması bir çox bankirləri, investorları və vətəndaşları narahat edib. Ehtimal edilir ki, Mərkəzi Bank yeni islahatlar çərçivəsində məcmu kapitalı tələblərə cavab verməyən, gəlirləri xərclərini ödəməyən bankların lisenziyalarını ləğv edə bilər. Bundan başqa, zəif bankların birləşməsi tələbi də yenidən gündəmə gətirilə bilər.

 

2019-cu ilin 9 ayının nəticələrinə görə, bir neçə bankın məcmu kapitalı minimal tələbdən aşağıdır, eyni zamanda, bir neçə bankın gəlirləri xərclərini ödəmir. Bu gün Azərbaycanın müasir, etibarlı, dayanıqlı, peşəkarların cəmləşdiyi banklara ehtiyacı var. 

 

Həmçinin tənzimləmədə də çətinliklər yaranırdı, bir sıra qərarlar Mərkəzi Bank tərəfindən qəbul edilsə də, icrası Palata tərəfindən aparılırdı.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Bank ilə dil tapmadığı da hiss olunurdu. Palata Mərkəzi Bankın normativ qərarları əsasında idxalçı və ixracatçı şirkətləri cərimələyərək narazılıq yaradırdı.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında iqtisadi müşavirələrə Mərkəzi Bankın sədri Elman Rüstəmov dəvət edilirdi. Bu müşavirələrə Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov dəvət edilmirdi.  

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov bu ilin yayında keçirilmiş iqtisadi müşavirədə istehlak kreditlərinin biznes kreditlərindən sürətli artdığı barədə xəbərdarlıq etmişdi. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev bank sektorundan narazılığını dilə gətirmiş, bankların yenidən əhalini borclandırdığını, real sektoru qənaətbəxş səviyyədə maliyyələşdirmədiklərini söyləmişdi. 

28.11.2019 14:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ