Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“DEVRİM”də yoxlama - FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“DEVRİM”də yoxlama - FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILDI

Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumata əsasən Gəncə şəhərində Şəhriyar küçəsi, ev 42 ünvanında fəaliyyət göstərən “DEVRİM” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus süd və süd məhsullarının istehsalı sexində yoxlama aparılıb.

 

Reklam_3_11

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət etmədən fəaliyyət göstərdiyi müəyyən olunub.

 

Müəssisədə xüsusi risk qrupuna daxil olan məhsullardan sayılan südün ilkin emalı və süd məhsullarının istehsalı zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, sexdə istifadə edilən südün keyfiyyətinin yoxlanılması, kənar qarışıqlardan təmizlənməsi, pasterizasiyası, soyudulması və saxlanılması qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

28.11.2019 15:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ