Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AHK Azərbaycan İdarə heyətinin yeni üzvləri seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AHK Azərbaycan İdarə heyətinin yeni üzvləri seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

28 noyabr 2019-cu il tarixində Alman -  Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Üzvlər Yığıncağını təşkil edib.

 

Reklam_3_11

Üzvlər Yığıncağında Palatanın İdarə heyətinin yeni üzvləri seçilib.


Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədr müavini cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. AHK üzvlərini salamlayan Almaniyanın Azərbaycandaki Səfiri cənab Volfqanq Maniq Almaniya Səfirliyindən olan yeniliklər ilə paylaşıb və AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış edib. 


Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və seçki komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər.


Aşağıda AHK Azərbaycanın İdarə heyətinin yeni üzvləri ilə tanış ola bilərsiniz.


Fərid İsayev - KPMG Azerbaijan Ltd şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri

Valter Gag - Hyatt Regency Baku Hotelin Baş direktoru

Anar Hasanov - AccessBank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru

Əliyar Həshimli - Weidmüller Interface GmbH & Co. KG şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə Meneceri

Dr Michael Hilmer - Uniper Global Commodities SE şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə Vitse-Prezidenti,

Dr Henninq Sasse - NORM LLC şirkətinin Baş İcraçı Direktoru

Tobias Baumann - AHK Azərbaycanın İcraçı Direktoru

 

İdarə heyəti üç il müddətinə təyin olunur.

28.11.2019 17:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ