Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palatadan gecikmiş tender elanı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatadan gecikmiş tender elanı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası sığortalanmış obyekt və subyektlərin vahid reyestrini yaratmaq üçün hərəkətə keçibmiş.


 

Dünən ləğv edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu gün rəsmi qəzetdə açıq tender elanı dərc edilib.

 

“Marja” xəbər verir ki, tender sığortalanmış obyekt və subyektlərin vahid reyestrinin yaradılması xidmətinin satın alınmasını nəzərdə tutur.

 

Tenderdə qeyd edilib ki, açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Xidmətin 12 ay müddətində (palatanın inzibati binasında) həyata keçirilməsi nəzərdə tutulur.

 

İddiaçılar təklifi 26 dekabr 2019-cu il tarixinədək təqdim etməlidirlər. İddiaçıların təklifləri 27 dekabr 2019-cu il saat 11.00-da açılacaqdır.

 

Xəbər verdiyimiz kimi, Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib, səlahiyyətləri və əmlakı Mərkəzi Banka verilib.

29.11.2019 04:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ