Mobil manşet üstü reklam-3_21

Azərbaycanın kredit təşkilatının direktoru dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kredit təşkilatının direktoru dəyişdi

Bank olmayan kredit təşkilatı "Falcon Finance" MMC-nin direktoru dəyişib.

 

Şirkətdən "Marja"ya bildirilib ki, direktor Cavid Qurbanlı vəzifəsindən azad edilib, eyni zamanda, yerinə İbrahim Salmanlı təyin edilib. 

 

“26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyət göstərən Bank  Olmayan Kredit Təşkilatı “Falcon Finance” Məhdud Məsiliyyətli Cəmiyyətinin struktur qurluşunda ciddi dəyişikliklər edilmişdir. Belə ki “Falcon Finance” Məhdud Məsiliyyətli Cəmiyyətinin təsisçiləri öz  paylarını İmanov Səxavət Əliş oğlu (50% lik pay sahibliyi) və Tağıyev  Vüsal Nizami oğlu (50% lik pay sahibliyi) olmaqla satılıb. Dəyişikliyə  müvafiq olaraq Müşahidə şurasının yeni tərkibi İmanov Səxavət Əliş oğlu (Sədr), Tağıyev Vüsal Nizami oğlu (Üzv) və İmanov Anar Səxavət  oğlu (Üzv), Direktoru isə Salmanov İbrahim Elşən oğlu təyin  ediliblər.
 

“Falcon Finance” BOKT-nin yeni tərkibdə starateji baxışı yenilənmiş olan peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərmək, cəmiyyətin  sosial həyatında aktiv iştirak edərək dinamik inkişaf edən təşkilat olmaqdır”, -  “Falcon Finance”dan “Marja”ya bildirilib.

 

Xatırladaq ki, 2019-cu ilin əvvəlində “Falcon Finance” MMC-nin direktoru Ağca Hidayətzadə vəzifəsindən azad edilmiş, onu Cavid Qurbanlı əvəz etmişdi.

 

2018-ci ilin sonunda “Falcon Finance” MMC 311 min manat cəmi aktivlərə (130 min manatı müştərilərə verilən kreditlər) və 300 min manat nizamnamə kapitalına malik olub. 

29.11.2019 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ