Ən yuxarı (mobil)_30

Palçıq vulkanlarından birində böyük turizm kompleksi yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palçıq vulkanlarından birində böyük turizm kompleksi yaradılacaq

"2020-ci ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük turizm kompleksinin yaradılması nəzərdə tutulub".

 

Reklam_3_11

Bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

 

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək: "Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək".

 

Aparat rəhbəri bildirib ki, hazırda palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: "Proses kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri artıq yekunlaşdırılıb".

29.11.2019 09:24

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ