Prezident özünə yeni köməkçi təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib. 

 

Bu barədə müvafiq sərəncam imzalanıb. 

 

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləmiş Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. 

 

"Mən Fondun fəaliyyətini yüksək qiymətləndirirəm. Məhz buna görə Fondun icraçı direktoru Şahmar Mövsümov mənim tərəfimdən Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Əminəm ki, o, köməkçi kimi islahatların dərinləşdirilməsi istiqamətində önəmli rol oynayacaqdır", - İlham Əliyev bildirib.

 

 

Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə anadan olmuşdur.

Təhsili

1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsi, iqtisadçı

2003 - 2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistrı

İxtisaslaşma

Dövlət maliyyəsi

Xarici dillər

İngilis, fransız, rus, türk

Ailə vəziyyəti

Evlidir, üç övladı var.

İş təcrübəsi

1995 - 2005-ci illər Azərbaycan Respublikası Milli Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005 - 2006-cı illər Azərbaycan Respublikası Milli Bankının Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində çalışır.

12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədr müavinidir.

2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olmuşdur.

2006 - 2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olmuşdur.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvüdür.

15 iyul 2016-cı ildən Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvüdür.

5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.

29 Noyabr 2019 , 16:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin