Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əhalinin borc yükü daha da artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin borc yükü daha da artdı

2019-cu ilin Oktyabr ayının sonunda cəmi kredit qoyuluşları 14 milyard 445,8 milyon manat təşkil edib, bu, Sentyabr ayının sonu ilə müqayisədə 202.8 milyon manat və 1,4% çoxdur.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin sonu ilə müqayisədə (10 ayda) cəmi kredit qoyuluşları 1 milyard 425.5 milyon manat və ya 10,9% artıb.

 

ƏHALİNİN BORC YÜKÜ 10 AYDA 1 MİLYARD MANATADAN ÇOX ARTIB

 

Cəmi kredit qoyuluşlarındakı artımın böyük hissəsi (təxminən 80%-i) ev təsərrüfatlarına (əhaliyə) verilən kreditlərin artmasından qaynaqlanıb. Belə ki, ev təsərrüfatına verilən kreditlər 2019-cu ilin 10 ayı ərzində 1 milyard 111.4 milyon manat, o cümlədən Oktyabr ayında 138.9 milyon manat artaraq 6 milyard 431 milyon manata çatıb.

 

Cəmi kredit qoyuluşlarının 45,2%-ni ev təsərrüfatına verilən kreditlər təşkil edib. Sentyabrın sonunda bu nisbət 44,2%, ötən ilin sonunda isə 40.9% idi.

 

Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər xaric ev təsərrüfatına verilən cəmi kreditlər (istehlak kreditləri) 2019-cu ilin 10 ay ərzində 1 milyard 28.2 milyon manat, o cümlədən Oktyabr ayında 127.9 milyon manat artaraq  4 milyard 476.9 milyon manata yüksəlib.

29.11.2019 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ