Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın aparıcı holdinqinin rəhbərliyi dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın aparıcı holdinqinin rəhbərliyi dəyişir

“Modern Group of Companies” MMC-nin icraçı direktoru dəyişir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, indiyə qədər holdinqə rəhbərlik edən Anar Bayramovu dekabrın 1-dən Mehman Veysəlov əvəz edəcək.

 

Yeni icraçı direktor bundan əvvəl distribyutor şirkəti olan “Aztrade” MMC-də çalışıb. A.Bayramov isə bundan sonra holdinqin aparıcı müəssissi olan "Azgranata" şirkətinə rəhbərlik edəcək. 

 

"Dostlar, karyeramda dəyişiklik barədə sizi məlumatlandırmaq istədim. Belə ki, rəhbəri olduğum "Modern Group"-un funksiyası 1 dekabrdan dəyişilir. Bu vaxta kimi "Modern Group" tabeliyindəki şirkətlərin ümumi idarəetməsinə cavabdeh idisə, bundan sonra ümumi idarəetmə funksiyasının desentralizasiyası nəticəsində yalnız nəzarət funksiyasını (maliyyə nəzarəti, audit və s.) özündə saxlayacaq, şirkətlərin performansına cavabdehlik daşımayacaq. Əlbəttə ki, sırf nəzarət işi ilə məhdudlaşan menecment funksiyasının icra olunması mənim karyera strategiyama uyğun deyil. Bu işlə o sahənin peşəkarları yüksək səviyyədə məşğul olacaqlar. Yeri gəlmişkən, bütün komandaya (dostlarıma) uğurlar arzulayıram. Mən isə 1 dekabrdan başlayaraq "Azgranata" şirkətinin (istehsal, satış, ixrac və s – hamısı bir yerdə) İdarə Heyətinin Sədri və CEO-su kimi fəaliyyətimi davam etdirəcəyəm. Yeni İdarə Heyəti (Rövşən Fərhadov, Vüqar Mikayılov, Rafiq Hunaltay, Emin Xıdırov) və böyük komandamızla möhtəşəm nəticələrə imza atacağımıza əminəm. Qısası, "Azgranata"-nın həyatında yeni era başlayır, güclü olan bazar mövqeyi daha da möhkəmlənəcəkdir. Odur ki, bizi izləyin",-  Anar Bayramov sosial şəbəkə səhifələrində bildirib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

29.11.2019 15:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ