Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əli Həsənov bundan sonra nə işlə məşğul olacağını AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əli Həsənov bundan sonra nə işlə məşğul olacağını AÇIQLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əli Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, Prezident köməkçisi vəzifəsindən azad olunması ilə bağlı açıqlama verib.

 

Əli Həsənov özünün Feysbuk hesabında yazıb:

 

"Dəyərli oxucular, bildirmək istəyirəm ki, bu gündən etibarən mən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyiləm, bundan sonra öz fəaliyyətimi elmi yaradıcılıq istiqamətində davam etdirəcəyəm.


Xüsusi olaraq vurğulayım ki, mən öz siyasi karyerama Heydər Əliyev kursunun sadiq əsgəri kimi başlamış, 25 il bu kursa, bu kursun davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm.

 

Mənim Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir.

 

Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm.


Cəmiyyətimizin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram".

29.11.2019 15:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ